İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada tələbələr güllələnib, ölənlər və yaralılar var

Meksikanın mərkəzində yerləşən Puebla ştatında naməlum şəxs gənclərə avtomatla atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “El Milenio” qəzeti məlumat yayıb.

Zakatlan bələdiyyəsində baş verən silahlı hücumda iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil ala biləcəyini istisna etmirlər.

2021-ci ildə rəsmi rəqəmlərə görə, Latın Amerikası ölkəsində 33,3 mindən çox insan cinayətkarların əli ilə ölüb. Qəsdən adam öldürmələrin böyük əksəriyyəti odlu silahdan istifadə etməklə törədilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR