Onlayn ictimai-siyasi qəzet
Meksikanın Tlakskala ştatında polad zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Hadisə Meksika-Verakruz federal magistralının 123-cü kilometrliyində yerləşən SIMEC obyektində qeydə alınıb.
"Prokurorluq bu hadisəyə görə məsuliyyət daşıyanların müəyyən olunması üçün artıq təhqiqata başlayıb", - ştat qubernatoru Lorena Kuellar “X”dəki səhifəsində qeyd edib.
31 Oktyabr 2024
30 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ