Onlayn ictimai-siyasi qəzet
Meksika mətbuatında çıxan xəbərə görə, Çihuahua əyalətindəki Xuarez həbsxanasının 3 saylı Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən iğtişaşda ölənlərin sayı artır.
Musavat.com xarici mətbuata istinadən bildirir ki, Çihuahua Əyaləti Baş Prokurorluğundan verilən açıqlamada 10 mühafizəçi və 9 məhbusun həyatını itirdiyi, 27 məhbusun isə qaçdığı bildirilib.
Təhlükəsizlik qüvvələri ilə qaçmaq istəyən məhbuslar arasında baş verən qarşıdurmada 3-ü mühafizəçi olmaqla 13 nəfərin yaralandığı bildirilib.
Musavat.com
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ