Onlayn ictimai-siyasi qəzet
FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdi dövlətin bütünlüyü və gücünü əlindən almağı hədəfləyirdi.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisadiyyat fakültəsinin dekanı Mehmet Yüce Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında keçirilən “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər millətin tarixində qırılma nöqtəsi təşkil edən bir məqam olur. 15 iyul 2016-cı il də Türkiyə üçün belə bir gün idi.
"Bu, demokratik yolla seçilən hökuməti devirməyə yönələn bir güc nümayişi idi. Ancaq hərbçilərimiz canlarını qurban verərək vətənimizi bu terrorçulara təslim etmədi. Biz onları çevriliş çəhdinə görə peşman etdik. Allah millətimizə bir də belə faciə göstərməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin", - M.Yüce qeyd edib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ