Onlayn ictimai-siyasi qəzet
Bəlli olduğu kimi, Türkiyənin tanınmış iş adamı, Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonu başqanı Mehmet Mutlu vəfat edib.
Mehmet Mutlu həm də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğludur.
Hazırda onun dəfnində iştirak edən tanınmış jurnalist, "Prime TV"nin rəhbəri Aygün Muradxanlı videogörüntülər paylaşır.
Bəlli olduğu kimi, Mehmet Mutlu Azərbaycan sevdalı, Azərbaycan mediasının və özəlliklə "Yeni Müsavat" Media Qrupunun dostlarından idi.
M.Mutlunun dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, İstanbul valisi Davut Gül, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım, millət vəkili Mustafa Sarıgül iştirak edir. Prezident Rəcəb Tayyib Ərdoğanın da yas mərasiminə qatılması gözlənilir.
Allah rəhmət eləsin deməklə bərabər, həmin videogörüntüləri paylaşırıq. İrəliləyən saatlarda başqa görüntülər də olacaq.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ