İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Timur və onun komandasını təcridxanaya göndərdi

Moskvanın Basmannı rayon məhkəməsi müdafiə nazirinin müavini Timur İvanova qarşı istintaqın vəsatətini təmin edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, onun haqqında iki ay müddətinə, iyunun 23-dək həbs qətimkan tədbiri seçilib.

Timur İvanov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Onunla birlikdə işdə iştirak edən digər şəxs Sergey Borodin də həbs edilib. Onların işi Müdafiə Nazirliyinin ehtiyacları üçün işlərin aparılmasında korrupsiya ilə bağlıdır.

“İstintaq hesab edir ki, İvanov üçüncü şəxslərlə cinayət əlaqəsinə girib, mütəşəkkil dəstə tərəfindən cinayət törətmək üçün qabaqcadan əlbir olub”, - deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Nazir müavini ilə birlikdə həbs edilən Sergey Borodin də iki ay müddətinə istintaq təcridxanasına göndərilib. İstintaqın məlumatına görə, o, Timur İvanovun dostu olmaqla, Müdafiə Nazirliyinin ehtiyacları üçün əmlak xidmətlərinin göstərilməsi üçün müqavilələr və subpodratlar əldə etmək üçün üçüncü şəxslərlə cinayət əlaqəsinə girib.

Timur İvanov dünən axşam saatlarında FTX əməkdaşları tərəfindən saxlanılıb. Müdafiə Nazirliyində o, idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə, xüsusən də “Vostochnı” kosmodromunun tikintisinə nəzarət edib, Silahlı Qüvvələrin baş məbədinin tikintisi və “Patriot” parkının yaradılması ilə məşğul olub. Timur İvanov 2016-cı ildə nazir müavini vəzifəsinə təyin edilib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR