İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə saxlanılan jurnalistlə bağlı QƏRAR VERDİ

Jurnalist Hafiz Babalı həbs edilib.

Bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, H.Babalı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist “Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR