Onlayn ictimai-siyasi qəzet
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.
Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürov həbs müddəti isə 1 il azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.//APA
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ