İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən Yaponiyanın baş nazirinə xəyanət ittihamı və xarakiri çağırışı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Baydenin Rusiyanın nüvə silahından hər hansı mümkün istifadəsinin bəşəriyyətə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndiriləcəyi ilə bağlı birgə bəyanatını tənqid edib.

Musavat.com-un verdiyi xəbərə görə, bu fikirlərini öz Teleqram kanalında yazan Medvedyevin fikrincə, Yaponiyanın baş naziri “aşağılıq kölə sədaqəti nümayiş etdirərərk vəcdlə cəfəngiyat danışır”, bununla da “Xirosima və Naqasakidəki nüvə tonqalında yanaraq ölən yüz minlərlə yaponun xatirəsinə xəyanət edir”.

Medvedyev yazır ki, Kişida Baydendən "tövbə" tələb etməli idi. O, ABŞ-ın "nüvə silahından tam istifadə edən yeganə ölkə" olduğunu xatırladıb.

"Ancaq yox, Kişida amerikalılar üçün yalnız xidmət personalıdır" deyən Medvedyev Yaponiyanın baş nazirinin samurayların ənənəvi üsulu ilə (xarakiri nəzərdə tutulur) bu rüsvayçılığı "yuya" biləcəyini, lakin "yapon vassallarının" şərəf anlayışının olmadığını qeyd edib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR