İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Ukraynanın kapitulyasıyasından yazır - "Lakin Vaşinqton və Kiyev bunu istəmir"

Ukraynanın həqiqətən ehtiyacı olan şey sülhə yol aça bilən kapitulyasiyadır, lakin nə Vaşinqton, nə də Kiyev bunu istəmir.

Musavat.com xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedyev öz teleqram kanalında bildirib.

“Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır ki, bu, bəlkə də sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir”, - o yazıb.

Medvedyev qeyd edib ki, Kiyev əks-hücumunun ət zavodu dayanmadan işləyir və minlərlə bədbəxtləri qırğına göndərir.

“Lakin onun işi artıq ölümündən sonra tənəzzül mərhələsinə qədəm qoymuş Kiyev rejiminə kömək etməyəcək. Onun meyidini sinkləmək mümkün deyil”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.

Medvedyevin sözündən elə çıxır ki, müharibədə ölən yalnız ukraynalılardır, rus əsgərlərinə heç nə olmur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR