İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mediasiya haqqında" Qanunda boşluqlar var- Ekspert

 

"Mediasiya haqqında" Qanun qüvvəyə mindikdən sonra həll olunası vacib bir hüquqi  məsələ ortaya çıxıb. İddia müddəti üzrsüz səbəbdən keçmiş məsələlər üzrə tərəf mediasiyaya müraciət edib,  ilkin mediasiya sessiyasını keçib protokolu alırlar və beləliklə iddia axınının vaxtını bərpa  edirlər. Əslində bu hal iddia axının bərpasına əsas vermir".

Musavat.com xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O əlavə edib ki, sonra məhkəməyə iddia verəndə hakim iddianı mümkün hesab edərək icraata qəbul edir və prosesə başlayır:"Hazırlıq iclasları, işə mahiyyəti üzrə baxılması və başqa prosedurlar da başlayır. Daha sonra apellyasiya, kassasiya və sairə. Mediatorun burada günahı yoxdur. Onun müraciət edənə hüquqi məsləhət vermək öhdəliyi və hüququ yoxdur. Mediasiyaya müraciətin bütün hallarda məqsədi məhkəməyə müraciət olmaya da bilər. Problem məhkəmələrdə yaranır. Fikirimcə, iddia müddəti uzun müddət keçmiş məsələlərlə bağlı mediasiya protokolu əsasında işi icraata qəbul etmək məhkəmənin onsuz da çox olan yükünü xeyli artırır".

Ekspert qeyd edir ki, qanunvericilikdə də xeyli boşluqlar var və bunu həll etmək lazımdır:" İddia müddəti üzrsüz səbəbdən aylarla, illərlə keçmiş işlər üzrə bu qədər proseslər keçirmək həm məhkəmənin işini çətinləşdirir, həm də cavabdehin artıq xərclərə getməsinə, əlavə vaxt itirməsinə gətirir".

 

Afaq,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR