İnsanlara hürriyət, millətlərə istiqlal!

Media subyekti qeydiyyatdan keçməsə...

"Jurnalistlərin media reyestrində qeydiyyatı könüllüdür. Media reyestri ümumi sistemin formalaşdırılması, ona veriləcək hüquq və imtiyazlar baxımından önəmlidir".

Musavat.com-un məlumatına görə, bunu Medianın İnkişafı Agentliyininin sədri Əhməd İsmayılov deyib. O, bildirib ki, jurnalistlərdən fərqli olaraq media subyektlərinin qeydiyyatı könüllü deyil:

"Onlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçiblər və bu məlumatlar media reyestrinə daxil edilməlidir. Media reyestrinin üstünlüklərindən biri onlayn saytlarımızın media subyekti kimi qeydiyyata alınmasıdır. Əgər media subyekti media reyestrində qeydiyyatdan keçməsə, onunla bağlı məhkəməyə müraciət ediləcək. Media subyektinin fəaliyyəti artşq məhkəmə qərarından asılı olacaq".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR