Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məşhur “Na-Na” qrupunun prodüseri və təsisçisi Bari Alibasova beyin damarlarının aterosklerozu diaqnozu qoyulub.
Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, bu xəstəlik beyində damar divarlarının zədələnməsi ilə xarakterizə olunur ki, bu da baş ağrısı, başgicəllənmə, yaddaş itkisi və çaşqınlığa səbəb olur.
Həkimlər Bari Alibasova başındakı səs-küy və cingiltidən, həmçinin şiddətli başgicəllənmədən şikayət etdikdən sonra diaqnoz qoyublar. Ona müalicə kursu təyin olunub. Tibbi yardım olmadan bu xəstəlik demans və insult ilə nəticələnə bilər.
İyunun 18-də Bari Alibasov mini insultdan sonra mütəxəssislərin ona tövsiyə etdiyi antidepresanlar və antikonvulsanların qəbulundan imtina edib.
77 yaşlı məşhur prodüser 2024-cü ilin fevralında təcili xəstəxanaya yerləşdirilib. Həkimlər insultun qarşısını ala biliblər və o, mart ayında xəstəxanadan buraxılıb. Hazırda o, xəstəliyin fəsadları ilə mübarizəsini davam etdirir.
B.Alibasov özü isə barəsində yayılmış son xəbərə (demans təhlükəs)i münasibət bildirərək, özünü yaxşı hiss etdiyini bildirib. Musiqiçi deyib ki, onun səhhətinin pis olması ilə bağlı yayılan xəbərlər bəzi media qurumlarının xoşuna gəlir.
“Onların yazdığına görə, ümumiyyətlə, mən ölmüşəm, artıq yoxam, hətta gəbərmişəm. Media bu yolla özünə diqqət çəkir. Mən yaxşıyam, özümü yaxşı hiss edirəm”, - prodüser deyib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ