İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər birbaşa əsgərliyə aparılmasın -Nazirdən TƏKLİF

"Mədəniyyət sahəsində çalışan bəzi həssas istiqamətlər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışanlar aiddir”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur. Dünya təcrübəsi nəzərə alınmaqdadır. Hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə edilməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

13 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR