İnsanlara hürriyət, millətlərə istiqlal!

Mavrikidə itkin düşən rusiyalı qadının cəsədi tapıldı: Dəhşətli cinayətə qurban gedib - FOTO

Rusiyanın Başqırdıstan Respublikasından olan və səyahətə getdiyi Mavrikidə yoxa çıxan 29 yaşlı Zaliya Şamiqulovanın cəsədi tapılıb.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Zaliya Şamiqulova avqustun 17-də yerli sakinlərdən olan tanışı ilə gəzintiyə çıxıb və onu bir daha heç kim görməyib. Ertəsi gün yaxınları həyəcan təbili çalaraq Rusiya səfirliyi və yerli polislə əlaqə saxlayıblar.

Qeyd edək ki, itkin düşməmişdən əvvəl Zaliya rəfiqəsinə Mavrikidən olan tanışı ilə gəzintiyə çıxacağını və tanışının onu Kürpip şəhərinə aparacağını deyib. Qız onun maşınına minib və bir daha heç kimlə əlaqə saxlamayıb.

Eyni zamanda, qızın ailəsinə ondan mesaj gəlib ki, Zaliyanın özü gözdən itmək qərarına gəlib və onu axtarmağa ehtiyac yoxdur.

Bir neçə gündən sonra qız Vakoa-Feniks şəhərində ölü tapılıb. Onun La Mari bölgəsində basdırılmış olan cəsədinin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb. Tezliklə şübhəli saxlanılıb və o, qətli törətdiyini etiraf edib.

Yerli polisin məlumatına görə, saxlanılan şəxs Puryavirsinqx adlı Katr-Born şəhərinin sakinidir və kompüter mühəndisi işləyir.

Dindirilmə zamanı o, qızla çoxdan tanış olduğunu və onunla evlənmək istədiyini bildirib. Lakin qızın xəyanətini öyrəndiyi üçün öldürdüyünü iddia edib. O, qıza çox sayda bıçaq zərbəsi vurduğunu və cəsədi basdırdığını etiraf edib.

Zaliya Şamiqulova Çelyabinsk Universitetində dərs deyirdi və məsafədən karyera məsləhətçisi kimi çalışırdı. O, adalara rəfiqəsi ilə hələ iyun ayında gəlmişdi və sentyabrda evə qayıtmağı planlaşdırırdı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR