İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın şirkətinə insan beyninə çip yerləşdirməyə icazə verilib

Amerikalı milyarder İlon Maskın “Neuralink” şirkəti iflic olmuş insanların ilk kliniki sınağına personal yığmaq üçün müstəqil ekspertlər şurası təşkil etməyə icazə alıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Neuralink” şirkətinin saytında verilən məlumata görə, təhqiqatın iştirakçılarının toplanmasına başlanılıb. Bunlar boyun nahiyəsindən, onurğasından zədə alan və amiotrofik sklerozdan əziyyət çəkən şəxslər olacaqlar.

Qeyd olunur ki, beyin nahiyəsinə implant yerləşdirən robot hərəkətə nəzarət edir. Çipin yerləşdirilməsindən sonra o, kosmetik olaraq görünməz olur. Bu implant qeyd aparmaq, eləcə də fasiləsiz olaraq beyinin hərəkət niyyətinin siqnallarını şifrələyən tətbiqə ötürmək üçün nəzərdə tutulur.

İmplantın ilkin məqsədi insanlara yalnız fikirlərdən istifadə edərək kömpüter kursoru və ya klaviaturanı idarə etmək imkanı verməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR