İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın 140 min dollarlıq kirayə borcu: "Twitter" məhkəməyə verildi

"Twitter" icarə haqqını ödəmədiyi üçün məhkəməyə verilib. Şirkətin San-Fransisko ofisinin sahibi təxminən 140.000 dollar alacağını iddia edir.

San-Fransisko Ali Məhkəməsində dekabrın sonunda qaldırılan iddiada şirkət Kaliforniyadakı ofislərindən birinin icarə haqqını ödəməməkdə günahlandırılır.

Ev sahibi məhkəmədən vəkil haqqı da daxil olmaqla, ödənilməmiş icarə haqqı və faizlə 136,250 dollar ödənilməsini tələb edir.

İcarədar Hartford binasının 30-cu mərtəbəsi üçün icarə haqqı ödənilmədiyi təqdirdə beş gün ərzində defolt edəcəyi barədə dekabrın 16-da sosial media nəhənginə xəbərdar edildiyini bildirib.

Qeyd edək ki, dekabr ayında mediayada çıxan xəbərlərdə İlon Maskın 44 milayrd dollara aldığı "Twitter"in mərkəzi ofisi və digər filiallarının kirayə haqlarının həftələrlə ödənmədiyi meydana çıxıb. Şirkət çarter reyslərinin haqqını ödəməkdən imtina etdiyinə görə də məhkəməyə verilib.

Noyabr ayında İlon Mask daha çox nəğd pul qazanılmağa başlanılmasa sosial media nəhənginin iflas edəcəyinin yüksək ehtimal olduğunu söyləmişdi. O, bu barədə şikət işçiləri ilə danışarkən məlumat vermişdi.

"Twitter"in yeni sahibi xərcləri azaltmaq üçün şirkət işçilərinin yarısını, eyni zamanda əksər yüksək səviyyəli rəhbərləri işdən çıxarıb və qalan işçilərə evdən işləməyi dayandırmağı bildirib.

Xatırladaq ki, "Twitter" yanvarın ortalarında ofis mebeli və mətbəx avadanlıqlarını hərraca çıxarmağı planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR