Onlayn ictimai-siyasi qəzet
Amerikalı iş adamı və kosmos araşdırmaları sahəsindəki öncüllərdən biri olan İlon Mask Marsın koloniyalaşdırılması mövzusunda ümidverici açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, yaxın 5-7 il ərzində insanlar Marsda ilk koloniyalarını qurmağa başlayacaqlar.
Mask bu prosesin ən böyük məsələsinin texnoloji inkişafın indiki səviyyədə Marsda insan sivilizasiyasının uzun müddət davamlı şəkildə varlığını qorumaq üçün kifayət edib-etməməsi olduğunu bildirib. O, Marsın insan məskəni kimi davamlı mövcudluğunun qeyri-mümkün olduğunu qeyd edib.
Bundan başqa, martın 15-də Mask Starship kosmik gəmisi ilə insanabənzər robot Optimusun Marsa göndəriləcəyini açıqlayıb. Bu, Marsda insan həyatının ilkin addımlarını atmaq istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirilir.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ