İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska Ağ Evdə iş otağı verilmədi

ABŞ prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uayls prezidentin “ilk dostu” adlandırılan milyarder İlon Maskı kəskin tənqid edib və ona Ağ Evin Qərb Qanadında ofis ayırmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, məlumatı Daily Mail yayıb.

Qəzetin yazdığına gorə, baxmayaraq ki, Mask Hökumətin Səmərəliliyi Departamentinin sədri vəzifəsində çalışır, hətta Oval Ofisdə Trampın qanun layihələrini imzalama mərasimində iştirak edir, Uayls onu işçi otaqla təmin etməyib.

Demokratların istehzayla "həmprezident" adlandırdıqları Maskı sevməyən 67 yaşlı Uayls Trampın prezidentliyinin ilk günündə Maska Qərb Qanadında yazı masası verilməməsini təmin edərək “ilk qələbəsini” qazanıb. Mask Oval Ofisdən bir neçə metr aralıda öz ofisinin olmasını israr etsə də, onun DOGE komandasına Ağ Evin qarşısındakı Eyzenhauer binasında yer ayrılıb. Həmçinin DOGE rəhbəri də Ağ Evə nəzarəti əlinə alan Uaylsa hesabat verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR