Onlayn ictimai-siyasi qəzet
İlon Musk ABŞ prezidenti Donald Trampla münaqişədən sonra maraqlı paylaşımla diqqətə gəlib.
Musavat.com xəbər verir ki, o, heç kimin onun nüfuzuna xələl gətirmək üçün özü qədər iş görmədiyini qeyd edib.
İş adamı özünün X səhifəsində yazıb: “Reputasiyama xüsusən də özüm tərəfindən xələl gətirmək üçün nə qədər səy göstərildiyi yolverilməzdir”. Mask eyni zamanda Donald Trampın iki statusunu da yayımlayıb. Onlarda dövlət başçısı Kaliforniya qubernatorunu və Los-Anceles merini etirazları idarə edə bilmədiklərinə görə tənqid edərək, asayişi bərpa edəcəyinə və “miqrant iğtişaşlarını” dayandıracağına söz verib.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ