İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask-Mark döyüşü İtaliyada olacaq - İki milyarder bir milyard pul qazanacaq

Amerikalı iş adamı İlon Mask sosial şəbəkələrdəki səhifəsində milyarder Mark Zukerberqlə duelinin İtaliyada baş tutacağını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İlon Mask bu barədə status yazıb: “Döyüşü mənim fondum və Zukerberq fondu (UFC deyil) təşkil edəcək. Yayım Twitter platformasında və Meta-da olacaq. Kamera çərçivəsinə daxil olan hər şey qədim Romanı təsvir edəcək, buna görə də müasir heç bir şey yoxdur. İtaliyanın baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəldilər. Bütün gəlir veteranlara gedəcək”.

Mask və Zukerberq 2023-cü ilin iyununda qarışıq döyüş sənətləri (MMA) qaydalarına uyğun döyüşmək barədə razılığa gəliblər. Ultimate Fighting Championship (UFC) rəhbəri Dana Uayt döyüşü təşkil edəcəyini bildirərək, yayımın satışından əldə edilən gəlirin 1 milyard dolları keçə biləcəyini bildirib.

Avqustun 4-də məlum olub ki, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov İlon Maskı Mark Zukerberqə qarşı döyüşə hazırlamaqdan imtina edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR