Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Sinop şəhərində (Cuiabadan 503 km məsafədə) 29 yaşlı bir şəxs supermarket müdirinə qəfil hücum edib.
Musavat.com xəbər verir ki, hadisə yanvarın 18-də, saat 19:30 radələrində baş verib və təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İstintaq aparıldığından videolar indi mediaya ötürülüb.
Müşahidə kameralarının görüntülərinə əsasən, hücumçu marketə daxil olaraq bir rəfdən bel götürüb və market müdirinə baş nayihəsindən zərbə endirib. 40 yaşlı mağaza müdiri aldığı zərbədən huşunu itirərək yerə yıxılıb, lakin onun sağ qaldığı bildirilir.
Hadisədən bir neçə saniyə sonra marketin mühafizə xidməti hücumçunu saxlayaraq polisə təhvil verib. Polis araşdırmalara başlayıb və ilkin məlumatlara görə, hücumçunun marketin əməkdaşı olmadığı müəyyən edilib. Onun hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.
İstintaq davam edir.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ