İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan titullu idmançı Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib.

Yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq M.Stadnik rəqibini məğlub edəcəyi təqdirdə, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Bu gün xalça üzərinə çıxan digər qadın güləşçilər - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə Olimpiadaya vəsiqə əldə edə bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də lisenziyanı təmin ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR