İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatlıq taksilər tarixə QOVUŞUR: onları nə qədər cərimə gözləyir?

Azərbaycanda son günlər əsas müzakirə mövzusu taksi fəaliyyəti ilə bağlıdır. Son qərara görə, 2024-cü il iyulun 1-dən ili köhnə olan və buraxılış vəsiqəsi olmayan avtomobillərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək. Ancaq manatlıq taksilərin də bu kateqoriyaya aid olub-olmadığı əksəriyyətə qaranlıq qalıb.

Məsələ ilə bağlı Referans.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, qərar manatlıq taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də aiddir:

“Taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirmək istəyən hüquqi və fiziki şəxslər AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar.

İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-ə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər.

2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər buraxılış ilindən 8 il keçməyən nəqliyyat vasitələri olmalıdır”.

T. Orucovun sözlərinə görə, qaydaları pozan sürücülər AYNA və DYP əməkdaşları tərəfindən cərimələnəcək. Odur ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlər buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli isə Lent.az-a açıqlamasında deyib ki, bəzi şəxslər qanunvericilikdə olan dəyişiklikləri ictimaiyyətə çatdırarkən başqa cür şərh edirlər:

“Taksi fəaliyyəti ilə məşğul olunması barədə İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə yönəlik cəza tədbirləri dəyişilməz qalıb. Yəni, əvvəl necə ki, icazəsiz taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 50 manat məbləğində cərimələnirdisə, indi də elədir. Ancaq 324.2-ci maddədə yalnız əvvəlki lisenziya sözü buraxılış kartı sözü ilə əvəz olunub.

Sürücülərdən xahiş edirik ki, qaydalar çərçivəsində sənədlərini toplayıb fəaliyyətlə məşğul olsunlar. Hər kəsdən qanunvericiliyin tələblərinə hörmətlə yanaşmağı xahiş edirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR