İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyəçi zabitin cinayət dosyesi məhkəməyə göndərildi -2 milyon 200 minlik oğurluq  

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı yeni məhkəmə başlayır. Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş daha bir sabiq vəzifəli şəxsin ibtidai istintaqı tamamlanıb.

Musavat.com-un məlumatına görə, təqsirləndirilən Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. 

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq. Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Müttəhim Elvin Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayətdən mühakimə edilən başqa zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi. Bu dəfə şahid kürsüsündən müttəhim kürsüsünə yerini dəyişdirəcək.

O, ittiham edildiyi AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərsə 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR