İnsanlara hürriyət, millətlərə istiqlal!

Maldivdə dincələn deputatın mandatı ƏLİNDƏN ALINDI - FOTO

Ukrayna parlamenti Maldiv adalarında istirahətdə görüntülənən deputatın mandatını ləğv edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, səsvermə iyulun 27-də keçirilib, 320 nəfər lehinə, iki nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

48 yaşlı Yuri Aristov Ali Radaya prezidentyönlü “Xalqın qulluqçusu” partiyasından seçilib. O, parlamentdə Milli təhlükəsizlik, Müdafiə və kəşfiyyat Komitəsinin sədr müavini olub. Ukrayna xüsusi xidmət orqanları onun iyunun 5-dən iyulun 22-dək ölkədə olmadığını müəyyən ediblər.

Deputatın istirahəti ilə bağlı məlumat yerli mediada iyulun 24-ü axşam saatlarında dərc olunub. Azadlıq radiosunun Ukrayna xidmətinin məlumatına görə, ertəsi gün o, mandatından imtina ilə balı ərizə verib.

Yuri Aristiv, həmçinin cinayət işində şübhəli bilinir, artıq onun mənzilində axtarışlar aparılıb. Ukrayna Təhlükəsizlik Xidməti Maldiv adalarına giriş və çıxış işarəsi olan pasportunun fotoşəkilini də dərc edib. Sabiq deputatı 3 ilə qədər həbs gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR