İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun ziyafəti ABŞ-a siqnal kimi qiymətləndirilib

Fransa prezidenti Emmanuel Makronun avropalı sahibkarlar verdiyi ziyafət Avropa Birlyinin öz milli maraqlarını və suverenitetini müdafiə etmək niyyəti barədə aydın siqnal oldu. Bu fikir Çinin mərkəzi televiziyasının (CCTV) əməkdaşının yazdığı məqalədə bildirilib.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, məqalədə deyilir ki, bu, sadəcə olaraq biznes nümayəndələri üçün şam yeməyi deyil, “onları Fransada saxlamaq üçün acı cəhddir”.

Avropa ölkələri “ABŞ-ın saksofonunun melodiyası altında rəqs etmək” vərdişindən qurtulmağa çalışır və strateji muxtariyyətin yollarını axtarır.: "Yelisey sarayındakı ziyafət bunun aydın bir siqnalı idi".

Beləliklə, Aİ-nin yerli sənaye müəssisələrinin ABŞ-a köçürülməsi ilə bağlı narahatlığı fonunda Makron iş adamlarına siqnal göndərməyə çalışdı: “Qalın, getməyin”, - CCTV izah edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR