Onlayn ictimai-siyasi qəzet
Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.
“Report” Fransa KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad dövlət başçısı Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.
Xüsusi nümayəndənin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.
O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.
Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ