Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəlib.
Musavat.com xəbər verir ki, görüş Notr-Dam Kilsəsinin təntənəli açılış mərasimi ərəfəsində baş tutub və bu, həm siyasi, həm də mədəni baxımdan diqqətçəkən bir hadisə kimi dəyərləndirilir.
Musavat.com bunu həm də ev sahibi Makronun siyasi "tryuk"u kimi dəyərləndirir.
Belə bir fotoda Parisə dəvət olunan Paşinyanı da görsəniz, təəccüblənməyin.
CNN-in verdiyi məlumata görə, tərəflər regional təhlükəsizlik, Rusiya-Ukrayna münaqişəsinin hazırkı vəziyyəti və Qərb ölkələrinin əməkdaşlığını müzakirə ediblər. Görüşdə xüsusilə Ukrayna münaqişəsinin həlli istiqamətində atıla biləcək növbəti addımlar və beynəlxalq dəstəyin artırılması məsələləri gündəmə gətirilib. Tramp, yeni administrasiyanın Avropanın təhlükəsizliyinə və Ukraynanın ərazi bütövlüyünə dəstəyini vurğulayıb.
Notr-Dam Kilsəsinin yenidən açılışı dünya ictimaiyyəti tərəfindən mədəni və tarixi bir hadisə kimi qiymətləndirilir. Bu kilsənin bərpasına Azərbaycan da vəsait ianə edib. Lakin riyakar Makron Azərbaycana dəvət göndərməyib.
CNN yazır ki, bu görüşdən sonra liderlərin birgə bəyanat verməsi və ya mövzu ilə bağlı əlavə açıqlamalar verəcəyi gözlənilir.
Daha ətraflı məlumat üçün CNN-in bu LİNKİNƏ baxa bilərsiniz.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ