İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: "Ukraynada sülh üçün şans var"

Fransa prezidenti Emmanuel Makron Ukraynada sülh üçün şans olduğunu söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, Romada keçirilən, dünya sülhünü möhkəmləndirmək yollarının tapılmasına həsr olunmuş konfransda bildirib.

"Sülh perspektivi var və nə vaxtsa görünəcək. Konkret məqamda hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, Ukrayna xalqı və onların liderləri şərtlərlə bağlı qərar verdikdə qarşı tərəflə sülh sazişi qurmaq mümkün olacaq", - deyə Makron bildirib.

Fransa lideri Ukraynada müharibə başlayandan sonra Qərbin Moskva ilə diplomatik kanalları açıq saxlamasının vacibliyini bir daha vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornü, həmçinin ABŞ müdafiə naziri Lloyd Ostin, Böyük Britaniya və Türkiyə müdafiə nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqlarında Ukraynadakı vəziyyəti müzakirə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR