İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Ukrayna ilə bağlı elə bir açıqlama verdi ki... - martın 6-da...

Avropa İttifaqı martın 6-da keçiriləcək sammitdə Ukraynaya yüzlərlə milyard avro vəsait ayıra bilər.

Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Makron "La Tribune"ə müsahibəsində deyib.

O, Fransanın, elədə də, Avropanın Ukraynaya yardımlarının davam edəcəyi və bunun davamlı olacağını qeyd edib. 

“Bu görüşün məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Avropa Komissiyasına genişmiqyaslı birgə maliyyələşdirməyə mümkün qədər tez başlamaq üçün mandat verməkdir, çünki təhlükəsizliyimiz təhlükə altındadır. Martın 6-da keçiriləcək sammit çox əhəmiyyətlidir. Bu külli miqdarda maliyyə çox güman ki, yüz milyardlarla avro təşkil edəcək”, - deyə Makron bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR