Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Rusiyanı Avropa üçün uzunmüddətli təhlükə adlandırıb.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu fikirləri TF1 telekanalına müsahibəsində səsləndirib.
“Putin nadir hallarda öhdəliklərinə əməl edib. O, sərhədləri dəyişmək və gücünü artırmaq məqsədi ilə daima destabilizasiya yaradan qüvvə olub. Rusiya uzun müddətə sabitliyi pozan və potensial təhlükəyə çevrilib. O, bizim qapımızdakı yırtıcı, divdir”, – deyə Makron bildirib.
Fransa lideri əlavə edib ki, söhbət Rusiyanın sabah Fransaya hücum etməsindən getmir:
“Amma bu, avropalılar üçün real təhdiddir. Biz sadəlövh olmamalıyıq”.
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ