İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Paşinyanı Trampla görüşdürdü: Anti-Türk xristian klubunun Paşikə dəstəyi - FOTO  

Parisdə Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb.

Musavat.com xəbər verir ki, bu görüşün məqsədi Ermənistan liderinin daxili siyasətdə mövqelərini gücləndirmək və Rusiyaya qarşı dirənişini stimullaşdırmaqdır. Makronun bu addımı, onun ermənipərəst, anti-Türk və anti-müsəlman mövqeyini bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Notr-Dam kilsəsinin bərpasına verdiyi maddi və mənəvi dəstəyə baxmayaraq, Fransa prezidenti Makron bu əlamətdar açılış mərasiminə Azərbaycan tərəfindən heç kimi dəvət etməyib. Bunun əksinə olaraq, Ermənistanın bu tədbirə dəvət olunması, Makronun ermənipərəst siyasətinin nəticəsidir.

Makronun açıq şəkildə anti-Türk və anti-Müsəlman siyasət yürütməsi, onun Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə qərəzli mövqeyini bir daha üzə çıxarır. Bu tədbirdə Ermənistanın iştirakının əsas məqsədi isə Paşinyanı beynəlxalq arenada “bizim adam” kimi təqdim etmək və onu Rusiyaya qarşı qazlamaqdır.

Ermənistan teleqram kanalları və media, Paşinyanın Trampla görüşdən çəkilmiş fotolarını yayaraq bu hadisəni onun daxili siyasətdəki uğuru kimi təqdim etməyə çalışır. Bu şəkillərin məqsədi, Paşinyanın Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq siyasətini ictimaiyyətə “uğurlu strategiya” kimi göstərməkdir.

Bununla belə, bu cür siyasi şəkillərin və addımların Azərbaycanın ictimai rəyinə heç bir təsiri olmayacaq. Azərbaycan cəmiyyəti bu cür oyunların mahiyyətini yaxşı anlayır və Makronun qərəzli siyasətinə birmənalı olaraq sərt yanaşır. Fransa Prezidenti tərəfindən yürüdülən bu siyasət, bölgədə balansı pozmağa xidmət edən uğursuz cəhdlərdən başqa bir şey deyil.

Makronun ermənipərəst siyasəti, onun Azərbaycanın haqq işinə qarşı qərəzli mövqeyinin bir daha təsdiqidir və bu, Azərbaycan cəmiyyətinin diqqətindən yayınmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR