İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Netanyahuya sığınacaq verir! BCM-nin həbsini tələb etdiyi baş nazirə Parisdə toxunulmazlıq vəd edildi - ŞOK GƏLİŞMƏ

Fransa Xarici İşlər Nazirliyi çərşənbə günü bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail Baş naziri Benyamin Netanyahunun həbsi üçün verdiyi orderə baxmayaraq, o, Fransaya səfər edərsə, dərhal həbs olunmayacaq.

Musavat.com bildirir ki, bu, rəsmi Parisin küncə sıxışdırılmış, beynəlxalq cani statusuna düşürülmüş Netanyahuya siyasi sığınacaq mesajıdır. Rəsmi Parisin də hazırda bir söz sahibi var: Emmanuel Makron...

Bu mövzuda xəbər yayan global media nümunəsi New York Times yazır: "Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Netanyahunun həbsi məsələsi mürəkkəb hüquqi prosedurları əhatə edir və bu qərar məhkəmə orqanlarının səlahiyyətindədir. O, əlavə edib ki, İsrail BCM-nin Roma Statutunu imzalamadığı üçün Netanyahunun diplomatik toxunulmazlıq statusu nəzərə alınmalıdır.

Bu açıqlama, BCM-nin Netanyahunu və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzzada törədilən müharibə cinayətlərində ittiham edərək həbs orderi verməsindən sonra gəlib. Fransanın bu mövqeyi Avropa ölkələri arasında fikir ayrılığına səbəb olub; bəzi ölkələr BCM-nin qərarını dəstəkləyərək orderi icra etməyə hazır olduqlarını bildiriblər, digərləri isə ehtiyatlı yanaşma sərgiləyiblər.

Fransa hökuməti İsraillə tarixi dostluq əlaqələrini vurğulayaraq, Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunması üçün Netanyahunun rəhbərliyi ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan edib. Amnesty International kimi insan haqları təşkilatları isə Fransanın bu mövqeyini tənqid edərək, BCM-nin qərarlarının icra olunmasının vacibliyini vurğulayıblar. 

ebf0dc46-5d4a-4420-a866-b1b81e58aeb4.jpg (192 KB)

Netanyahu və Qalant BCM-nin ittihamlarını rədd edərək, onları siyasi motivli və ədalətsiz adlandırıblar. İsrail hökuməti BCM-nin yurisdiksiyasını tanımadığını və bu qərarın İsrailin beynəlxalq arenadakı mövqeyinə təsir etməyəcəyini bildirib"...

Fransanın bu mövqeyi beynəlxalq hüquq və diplomatik münasibətlərdə mürəkkəb suallar doğurur. BCM-nin qərarlarının icrası və dövlətlərin bu qərarlara münasibəti gələcəkdə beynəlxalq hüququn tətbiqi və dövlətlərarası əlaqələrdə mühüm rol oynayacaq.

Xəbərin əsli bu linkdə: https://nyti.ms/4fP1c4a

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR