Onlayn ictimai-siyasi qəzet
“Ümumiyyətlə, Qərb siyasi sistemi həm sistem, həm də şəxsiyyət böhranı yaşayır. Bir zaman Qərbdə Jak Şirak, Fransua Mitteran kimi siyasi fiqurlar vardı. İndi isə Qərb siyasi elitasında Makron kimi insanlar var”.
Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.
“Bu, bir daha onu deməyə əsas verir ki, artıq Qərbi Avropa liderləri öz xalqlarının maraqlarından deyil, dəstək aldıqları transmilli maliyyə oliqarxiyasının maraqlarından çıxış edirlər. Avropanın "məhəlləsi" ilə siyasi istebleşmenti arasında bir çox məsələlərdə, Yaxın Şərq məsələsində, daxili iqtisadi siyasət məsələsində, Amerikanın "əlavəsi" olub-olmamaq məsələsində fərqli fikirlər var”, - deyə ekspert əlavə edib.
A.Hüseynov Qərb dairələrinin müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərini qorumağı bacaran İlham Əliyev kimi liderlərə qısqanclıqla yanaşdığını qeyd edib: “İlham Əliyev Azərbaycanın öz ərazilərini azad etdi, Türkiyə ilə ittifaqı gücləndirdi, Rusiya və İranla Qərbin istədiyi kimi deyil öz maraqları əsasında hərəkət etdi, Turan məsələsini dilə gətirdi. Bütün bunları Makron kimi siyasi liderlər həzm edə bilmir, digərləri də ehtiyat və qısqanclıq edirlər”.
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ