İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: “İsrail ilə antiterror koalisiyası yaradıla bilər”

“ABŞ-ın rəhbərlik etdiyi və 86 üzvü olan mövcud beynəlxalq koalisiya İraq və Suriyada İslam Dövləti, “Əl-Qaidə” və digər terror təşkilatlarına qarşı mübarizə aparır. Fransa və İsrail terrorla mübarizə üçün regional koalisiya yarada bilər”.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz hamımızı təhdid edən terrorçularla mübarizə aparmaq üçün ərazi və regional qrup yarada bilərik. Düşünürəm ki, bu, İsrailin, eləcə də bu və ya əlaqəli qruplar tərəfindən təhdid edilən bir çox qonşumuzun maraqlarına uyğun olardı. Biz HƏMAS-a qarşı mübarizə apara bilərik”, - deyə Makron əlavə edib.

O vurğulayıb ki, terrorla mübarizə təkbaşına aparıla bilməz və Fransa israillilərin özünümüdafiə hüququnu dəstəkləyir.

Emmanuel Makron xəbərdarlıq edib ki, bu mübarizə beynəlxalq hüquqa və müharibə qaydalarına uyğun aparılmalıdır. Makron tibb müəssisələrinin fəaliyyətini təmin etmək üçün Qəzza zolağına elektrik və su təchizatının bərpa edilməsini müdafiə edib.

“Lakin elektrik enerjisinin müharibədə istifadəsinə icazə verilməməlidir” - deyə Fransa prezidenti bildirib.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR