İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron hökumətinin aqressiv siyasətinin pərdəarxası məqamları-ŞƏRH

Azərbaycan-Fransa əlaqələrinin kəskinləşməsini tamamilə Makronla əlaqələndirməmək lazımdır. Fransanın Azərbaycan-Ermənistan (keçmiş) münaqişəsindəki roluna baxsaq, eyni zamanda 20-ci əsrin əvvəlində baş verənlərə nəzər yetirsək, görərik ki, bu ölkədə erməni diasporası amili hər zaman öz sözünü deyib.

Sadəcə Makron hakimiyyətə gəldikdən sonra İkinci Qarabağ müharibəsinə qədər Fransa müəyyən məsələlərdə balans saxlamağa, ATƏT-in Minsk qrupunun həmsədri kimi özünü neytral göstərməyə çalışırdı. Amma müharibədən sonra bu neytrallıq yoxa çıxdı.   

Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov bildirib. O vurğulayıb ki, Fransa müharibədən sonra birmənalı şəkildə ermənipərəst mövqe tutdu: “Bu, məhz Makronla bağlı məsələdir. O, neytrallığı tərk edib, ermənipərəst mövqe tutub. Fransanın xarici siyasətində ciddi problemlər yaşanır. Bundan başqa, geosiyasi faktorlar da var-Afrikada, Yaxın Şərqdə yaşananlar Makron hökumətinin aqressivləşməsinə səbəb olub. Buna görə də Cənubi Qafqaz kimi digər regionlarda itirdiklərini kompensasiya etməyə çalışır. Xüsusilə, Rusiya Afrikada Fransanın təsirlərini azaltdığı üçün, Fransa da Cənubi Qafqazda Rusiyanın təsirini azaltmağa çalışır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR