Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib.
Musavat.com xəbər verir ki, Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək 30 iyun tarixinə birinci, 7 iyul tarixinə isə ikinci tur olmaqla Assambleyanın növbədənkənar seçkilərini təyin edib.
Əldə olunan mənumata görə bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn Milli Birlik partiyasının lideri Jordan Bardella Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təşkil etməyə çağırıb.
Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatasıdır. Assambleyanın deputatları qanunların müzakirəsi və qəbulu, habelə zəruri dəyişikliklərin edilməsi ilə məşğuldurlar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ