Onlayn ictimai-siyasi qəzet
Rusiya İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyası Kənd Təsərrüfatı Nazirliyinin bərk buğdanın ixracına müvəqqəti qadağa tətbiq etmək təşəbbüsünü dəstəkləyib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, komissiyanın qəbul etdiyi qərara əsasən altı ay müddətinə - 1 dekabr 2023-cü ildən 31 may 2024-cü il daxil olmaqla Rusiyadan bərk buğdanın ixracına tam qadağa qoyulur.
Nazirlər Kabinetinin qərarla bağlı məlumatında məqsədin Rusiyada ərzaq təhlükəsizliyi və daxili bazarda taxıl emalı məhsullarının istehlak qiymətlərinn sabitliyini qorumaq olduğu bildirilir.
Alt komitə həmçinin Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin Rusiyadan əsas taxıl məhsullarının (buğda, arpa, qarğıdalı, çovdar) Avrasiya İqtisadi İttifaqına üzv olmayan dövlətlərə ixracı üçün tarif kvotası həcminin müəyyən edilməsi təklifini dəstəkləyib. 2024-cü il fevralın 15-dən iyunun 30-dək qüvvədə olacaq kvota 24 milyon ton müəyyən olunub.
Qeyd edək ki, bərk buğda əsasən makaron məmulatlarının istehsalında istifadə olunur. Bu sahədə ixtisaslaşmış Türkiyə müəssisələri makaron məmulatları istehsalında əsasən Rusiyadan aldıqları xammaldan istifadə edirlər. Bu isə Rusiyanın ixrac qadağasının qardaş ölkədə makaron məmulatlarının bahalaşmasına səbəb olmaq təhlükəsi yaradır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ