İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Kırmızıgül onun məzarı başında hönkür - hönkür ağladı - VİDEO

Mahsun Kırmızıgül ögey anasının məzarı başında göz yaşlarına boğulub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, məşhur türk ifaçısı Mahsun Kırmızıgül xaricdə olduğu üçün ögey anası Zühre Bazencirin dəfn mərasiminə qatıla bilməyib. Türkiyəyə döndükdən sonra ilk dayanacaq kimi Bingölə gedən ifaçı ögey anasının məzarını ziyarət edib və orada göz yaşlarına boğulub.

Mahsun Kırmızıgül sosial media hesabında 'Annem Annem' mahnısı ılə birlikdə hisslərini belə ifadə edib:

"Türkiyəyə dönər-dönməz ilk dayanacağım Bingöl oldu. Anam Zühre Bazencirin təziyəsinə qatılmaq, onun ruhuna dualar oxumaq mənim üçün vəfa borcu idi. Orada ailəmin böyükləri və bacılarımla uzun vaxt söhbət edib, keçmişi xatırladıq" - deyə o bildirib.

Daha sonra vəfat edən anası Faike Arıkın məzarını ziyarət etmək üçün Diyarbıkıra gedən Mahsun Kırmızıgül "Zaman acını azaltmır, sadəcə insanı ona alışdırır. Anamın məzari başında diz çökdüm, torpağına toxundum. Sanki hələ də orada idi... Dualar oxudum, gözlərimi bağlayıb onu hiss etməyə çalışdım, amma geriyə sadəcə bir boşluq qaldı" - deyə qeyd edib.

Mahsun Kırmızıgül bildirib ki, anası üçün yazdığı "Annem Annem" mahnısını səhnədə oxuya bilmir və uzun müdət oxuya bilməyəcəyini düşünür. "Oxusam, dağılıram, oxusam, idarəmi itirirəm" - deyə o vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR