Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli şərəini qoruğudu Almaniyanın "Nürnberq" klubunun azarkeşlərinə müraciət ünvanlayıb.
Musavat.com Offsideplus.az-a istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi martın 16-da "Qroyter Fyurt" üzərində 3:0 hesablı parlaq qələbədən sonra yaşananlara münasibət bildirib.
Həvətənimiz sırf vaxt qıtlığı ucbatından bayram şənliklərinə, əyləncəyə qatıla bilmədiyini söyləyib.
"Bu nə derbi idi! Klub və azarkeşlərimiz üçün inanılmaz qələbə! Təəssüf ki, mən sizinlə stadionda qələbəni qeyd edə bilmədim, çünki Azərbaycana uçmaq üçün birbaşa hava limanına getməli oldum. Təbii ki, bu, milli komandanın məşqçi heyəti ilə razılaşdırılmışdı. Əlbəttə, mən qələbəni sizinlə bayram etməkdən həzz alardım. Dəstəyiniz üçün təşəkkür edirik! Tezliklə bir-birimizi görəcəyik!", - deyə futbolçu öz sosial media səhifəsində almanca yazıb.
Qeyd edək ki, "Nürnberq" azarkeşləri Mahir Emrelinin stadionu dərhal tərk etməsini birmənalı qarşılamayıblar. Bəzi fanatlar bunu hörmətsizlik kimi qələmə veriblər.
Bu məsələ ilə bağlı hətta baş məşqçi Miroslav Kloze də açıqlama vermək məcburiyyətində qalıb: "Mahir Emreli səfərə yollanmalı idi, çox tələsirdi. Oyundan dərhal sonra hamı ilə vidalaşdı. O, Münhendən uçmalı idi. Stadion dolu olduğundan, ərazini mümkün qədər tez tərk etməyə çalışırdı".
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ