Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığmasının futbolçusu Mahir Əmrəli şərəfini qoruduğu "Nürnberq"də məşqləri dayandırıb.
Bu məlumatı Almaniyanın ən böyük gündəlik qəzeti olan BILD yayıb. Bildirilir ki, 27 yaşlı hücumçu Almaniya 2-ci Bundesliqasının son turunda "Maqdeburq"la görüşdə meydançaya çıxmadığına görə çox narazı qaıb.
"Mahir Əmrəli təcili klubu tərk edir. Bunun belə olacağı qabaqcadan gözlənilirdi. Çox güman ki, o, Cənubi Koreyaya yollanacaq. Mahir çərşənbə günündən etibarən məşqləri dayandırıb" - deyə nəşr yazıb.
BILD-in məlumatına görə, fevralın 11-də keçirilən axırıncı məşqdən sonra baş məşqçi Miroslav Kloze növbəti dəfə azərbaycanlı futbolçu ilə danışmağa ehtiyac olduğunu görüb. Uzun sürən danışıqlar barədə Kloze BILD-ə danışıb: "Mahir üçün son turunda asan olmadı. Buna görə də bu gün onunla yenidən danışmağı vacib saydım. Mən onunla daima əlaqədəyəm. O, mənə lazımdır, bunu futbolçunun özünə dəfələrlə başa salmışam. Lakin bəzən digər futbolçuların xeyrinə elə qərarlar verməli oluruq ki, bu, heç də Mahirin əleyhinə atılmış addım kimi qiymətləndirilməməlidir. Bunu Mahirin anlaması çox vacibdir. Onun hesabında yığmada 50 oyun var. Futbolçunu meydançaya çıxmaması narahat etməsəydi, bəlkə də bu, onun tərəfiindən düzgün olmazdı".
BILD eyni zamanda, Əmrəlinin dəfələrlə məşq proseslərində komanda yoldaşları ilə mübahisə etməsi faktına da diqqət çəkib./Offsideplus.az
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ