Onlayn ictimai-siyasi qəzet
“Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq.
Zaqreb təmsilçisinin rəsmi saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlamasında bildirib.
46 yaşlı mütəxəssis forvardın “Hayduk”a qarşı XIX tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.
Qeyd edək ki, dekabrın 17-də reallaşacaq “Dinamo” - “Hayduk” derbisi Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan “Hayduk” isə liderdir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ