İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ermənistanı blokladı: Azərbaycana görə... - SON DƏQİQƏ

Macarıstan Avropa Birliyinin Ermənistana Sülh Fondundan 1 milyon avro həcmində maliyyə yardımı ayrılması barədə layihəsini bloklayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumaata görə, Macarıstan Avropa Birliyindən tələb edir ki, Sülh Fondunun proqramına Azərbaycan da daxil edilsin. Əks halda, Macarıstan Ermənistana maliyyə dəstəyi layihəsinin dəstəklənməsi ilə bağlı layihəyə tətbiq etdiyi vetonu ləğv etmək niyyətində deyil.

Xatırladaq ki, bu məbləğdə maliyyə yardımı ayrılması barədə bir neçə həftə əvvəl Avropa Birliyi və Ermənistan arasında anlaşma əldə olunmuşdu.

“Azadlıq Radiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR