İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkoya təyyarə ilə uçmaq qadağası

ABŞ və Böyük Britaniya avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin dördüncü ildönümündə Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 19 nəfər və 14 şirkətə qarşı sanksiya tətbiq edib. Nazirlik bildirib ki, 2020-ci il seçkilərindən sonra Lukaşenkonun hərəkətləri “Belarus vətəndaş cəmiyyətini sarsıdıb və Lukaşenkoya, onun ailəsinə və yaxın ətrafına Belarus vətəndaşları və suverenliyi hesabına varlanmağa imkan verib”.

ABŞ-ın sanksiyaları avqustun 9-da Böyük Britaniyanın dörd həbsxana rəsmisi və Belarusun hərbi sektoru ilə əlaqəli üç şirkətə qarşı elan etdiyi yeni sanksiyaların ardınca – “insan hüquqlarının pozulmasına və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına davam edən yardıma cavab olaraq”.

437490671_9_0_2727_1529_1920x0_80_0_0_f26a5e19469df77d3516a06f39ea2755.jpg (307 KB)

Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq qəbul edildiyini qeyd edib. Beləliklə, Böyük Britaniyanın Belarusa qarşı tətbiq etdiyi sanksiyaların ümumi sayı iki yüzü ötüb.

Avropa İttifaqı bu həftə Belarus hakimiyyətini insan haqlarının pozulmasında iştirakına görə tənqid edib. Kanada da avqustun 9-da Lukaşenko rejiminə qarşı əlavə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında ayrıca bənddə quyruq nömrəsi EW-001PB olan “Boeing 767-32K” təyyarəsi göstərilib. Sənəddə qeyd olunur ki, Aleksandr Lukaşenko bu təyyarədən həm rəsmi, həm də şəxsi məqsədlər üçün səfərləri üçün istifadə edir. Əvvəllər departament artıq Belarus hökumətinin aviasiya eskadrilyasından bir neçə təyyarənin ABŞ-a gəlişinin qarşısını almışdı.

ABŞ Dövlət Departamenti Kanada, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının səlahiyyətliləri ilə birlikdə cümə günü Lukaşenko rejiminə qarşı çıxan Belarus xalqı ilə həmrəylik bəyanatı yayıb. Sənədi imzalayan ölkələr Belarus hakimiyyətini 1400-ə yaxın siyasi məhbusu azad etməyə çağırır və Belarus müxalifətinin mübarizəsini bundan sonra da dəstəkləyəcəklərinə əmin edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR