Onlayn ictimai-siyasi qəzet
Belarusun dövlət sərhədini keçmək “qırmızı xətt” kimi qiymətləndiriləcək, ardınca nüvə silahından istifadə ilə dərhal cavab veriləcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə deyib.
"Qırmızı xətt - dövlət sərhədidir. Onu keçsələr, cavab ani olacaq. Biz buna hazırlaşırıq”, - deyə o bildirib.
Lukaşenko Belarusa hücumun üçüncü dünya müharibəsinin başlanması demək olacağını deyib.
Onun sözlərinə görə, Vladimir Putin nüvə doktrinasına dəyişikliklər etməklə bunu təsdiqləyib, ona görə Rusiya və ya Belarusa hücum nüvə silahından istifadəyə gətirib çıxaracaq.
“Onlar bizə hücum edən kimi, istər NATO, istər amerikalılar, istərsə də polyaklar, biz nüvə silahından istifadə edəcəyik", - Belarus prezidenti əlavə edib.
Qeyd edək ki, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ