İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Trampla anlaşsa... – Belarus müxalifəti əndişəlidir

Münhen Təhlükəsizlik Konfransında Svetlana Tixanovskaya bir sıra beynəlxalq rəsmilər və ABŞ nümayəndələri ilə görüşlər keçirib, ancaq Belarus müxalifətinin narahatlığı artmaqdadır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb rəsmi Vaşinqtonun artıq Minsklə danışıqlar aparması barədə “The New York Times”da çıxan məqalədir. Belaruslu müxalifətçilər bunu şiddətlə müzakirə edirlər və Lukaşenkonun Trampla anlaşacağı təqdirdə Belarusda vəziyyətin üərkaçan olmayacağını düşünürlər.

Nəşrin müəllifi bildirir ki, Belarus banklarına qarşı sanksiyaların yumşaldılması və kalium gübrələrinin ixracı müqabilində müxalifətçilərin dəmir barmaqlıqlar arxasında kütləvi şəkildə azad edilməsinə hazırlıq gedir.

Fevralın 14-16-da keçirilən Münhen Təhlükəsizlik Konfransında Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya panel müzakirəsində iştirak edib və tədbir çərçivəsində görüşlər keçirib.

Onun görüşlərində əsas mövzu Belarusdakı penitensiar müəssisələrdə olan müxalifətçilərin azadlığa buraxılması uğrunda mübarizə məsələsi olub. Tixanovskaya bu mövzunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türklə də müzakirə edib.

Tixanovskayanın baş müşaviri Franak Vyaçorka müxalifətin onlayn resurslarından birinə deyib: “Tixanovskaya Belarus hüquq müdafiəçilərinin son repressiya dalğası, həbsxanalardakı vəziyyət və ağır vəziyyətdə olan siyasi məhbuslar barədə sənədlər təqdim edib. O, vəziyyətin fəlakətli olduğunu və təcili müdaxilə tələb etdiyini vurğulayıb”.

Vyaçorkanın sözlərinə görə, Tixanovskaya həmsöhbətini “siyasi məhbusların azadlığa buraxılmasını təşviq etməyə, ünsiyyətsiz təcrid praktikasına son qoymağa və məhbuslara çıxışı təmin etməyə” çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR