Onlayn ictimai-siyasi qəzet
Aleksandr Konyuk Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Musavat.com bildirir ki, bu barədə Belorus prezidenti Aleksandr Lukaşenko müvafiq fərman imzalayıb.
Qeyd edək ki, son illər Belorus və Ermənistan arasında tez-tez baş verən diplomatik qalmaqallara görə beloruslu səfir Ermənistan XİN-ə çağırılır, etirazlarla üzləşirdi. Hələlik onu əvəz edəcək diplomat barədə məlumat verilmir.
İrəvan Lukaşenko digər sərəncamla Vyaçeslav Brili Belarusun Nigeriyada, eyni zamanda Qana, Kamerun və Kot-d'İvuarda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ