Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən yapışmadığını və yalnız ətrafında xəyanət etməyəcək adam olduqda təqaüdə çıxmağa hazır olduğunu bəyan edib.
O, Ümumbelarus Xalq Məclisinin sədri seçildikdən sonra bu barədə danışıb.
“30 il hakimiyyətdə qalmaq az deyil. Bu müddət ərzində biz sizinlə çox işlər görmüşük. Amma bu vəzifənin nə birindən, nə də ikincisindən yapışmıram, sadəcə yaxşı olmasını istəyirəm”, - dövlət başçısı bildirib.
Lukaşenko belaruslara əmin edib ki, ətrafında xəyanət etməyəcək, heç nəyi, hətta öz həyatını da nəzərə almayacaq bir adam olduqda hakimiyyətdən gedəcək.//Oxu.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ