İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: "Dünyada yalnız gücə hörmət edilir"

Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının müdafiə naziri, general-polkovnik Li Şanfu ilə görüşdə deyib ki, dünyada təlatümlü hadisələr baş verir, ona görə də güclü olmaq lazımdır.

Musavat.com xəbər verir ki, onun bu sözlərini BELTA yayıb.

“Təəssüf ki, bizim günahımız olmadan bu gün dünya tamamilə qeyri-sabitdir. Dünyada çox güclü təlatümlü hadisələr baş verir. Və biz güclü olmalıyıq. Çünki elə olub ki, gücə həmişə hörmət edilir. Biz öz siyasətimizdə güclü iqtisadiyyata və güclü diplomatiyaya əsaslanırıq. Bu baxımdan biz ilk növbədə dostlarımıza güvənirik”, - Lukaşenko bildirib.

Prezident vurğulayıb ki, Belarusla Çin arasında münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib. "Öz xalqlarımızın təhlükəsizliyini təmin etmək lazımdır", - Lukaşenko qeyd edib və səfərə görə Li Şanfuya təşəkkürünü bildirib.

Li Şanqfu Belarusa Rusiyadan gəlib və burada Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva konfransında iştirak edib. Bu, Çin və Belarus müdafiə nazirliklərinin son beş ildə belə yüksək səviyyəli ilk səfəridir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR